DYP-nin mərkəzi informasiya sistemindən istifadə ödənişsiz olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemindən istifadə ödənişsiz olacaq.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb.
Əsasnamədə qeyd edilib ki, sistem yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotunu, sistemləşdirilməsini və saxlanılmasını, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinə aid zəruri informasiya ilə təminatını, avtomatlaşdırılmış sənədləşmə, sorğu və təhlil işlərinin həyata keçirilməsini, hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...