Düşmən gün ərzində Tərtərə 455 top mərmisi atıb

Düşmən gün ərzində Tərtərə 455 top mərmisi atıb
Siyasət 1040

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutmaqda davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə atəş açıb.

Bu gün ərzində ermənilər Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 455 top mərmisi atıb. Nəticədə 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Qeyd edək ki, ermənilər tərəfindən atılan top mərmiləri nəticəsində Tərtər rayonu ərazisində ümumilikdə 40 mülki şəxs yaralanıb, 9 nəfər ölüb.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...

48302 Siyasət 16:46 16 mart 2019

Son xəbərlər