Düşmən Ağdamı atəşə tutur, 20-yə yaxın evə ziyan dəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbhədə gərgin döyüşlər davam edir.
BAKU.WS "report"a istinadən xəbər verir ki, noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın rayon ərazisini atəşə tutur. Nəticədə 7 evə ziyan dəyib.
Düşmən rayon rayon ərazisinə gün ərzində ümumilikdə 130-dan çox top mərmisi atıb. Üç mülki ev tamamilə dağılıb, 20-yə yaxın evə isə ziyan dəyib.
Bundan başqa, Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...