Düşmən Ağdamı atəşə tutub, evə və mağazaya ziyan dəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbhədə gərgin döyüşlər davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Noyabrın 8-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun Xındırıstan kəndini atəşə tutub.
Düşmən yenə də dinc sakinləri hədəfə alıb. Belə ki, ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Xındırıstan kənd sakini Elmaz Eyvazovun mağazasına, digəri isə kənd sakini Bəhruz Cəfərovun evinə düşüb.
Nəticədə mağazaya, evə və “BMW” markalı avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Oxşar xəbərlər
İşğaldan azad edilmiş şəhər və kəndlərimiz - TAM SİYAHI
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 7-dək 4 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edi...