Maqnus Karlseni 41 saniyəyə mat edən Yağız Kaan Erdoğmuş kimdir?

Maqnus Karlseni 41 saniyəyə mat edən Yağız Kaan Erdoğmuş kimdir?
Siyasət 137

Türkiyəli 13 yaşlı şahmatçı Yağız Kaan Erdoğmuş qatıldığı turnirdə bütün zamanların ən yaxşı şahmatçısı sayılan Maqnus Karlsenlə üz-üzə gəlib. Yağız Kaan Karlseni 41,2 saniyəyə mat etməyi bacarıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən aylarda Grenke Açıq Şahmat Turnirində mübarizə aparan ulduz idmançı 12 yaşlı Yağız Kaan Erdoğmuş son normasını tamamlayaraq Qrossmeyster (GM) adını qazanıb.

Qrossmeyster 2011-ci ildə Bursada anadan olub. O, 2019-cu ildə 8 yaş kateqoriyasında Avropa Çempionu olub. 2021-ci ildə FİDE titullarından usta namizədi (CM) olduqdan sonra 2022-ci ildə FİDE Master olub və daha sonra həmin ildə lazımi normaları yerinə yetirərək Türkiyənin ən gənc Beynəlxalq Ustası (IM) adını qazanıb. Ölkə TV-nin təşkil etdiyi “İdman nəhəngləri görüşü” mükafatlandırma mərasimində “İlin idmançısı” mükafatına layiq görülüb.

Chessable Sunway Sitges Chess Festivalında uğurlu çıxışı ilə ilk Grand Master (GM) normasını aləb. Yağız Kaan 23-31 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçirilən Ciddə Beynəlxalq Şahmat Festivalı Gənc Ustalar Turnirinin finalına 2 tur qalmış ikinci GM normasını alacağına zəmanət verib.

Yağız Kaan Erdoğmuş 1 aprel 2024-cü ildə Grenke Açıq Şahmat Turnirində son standartını tamamlayaraq GM titulunu qazanıb. Yağız Kaan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqinə əsasən aktiv şahmat idmançıları arasında ən gənc GM olub. Yağız Kaan (12 yaş 9 ay 29 gün) dünya şahmat tarixinin ən gənc Grand Masters (GM) siyahısında 4-cü yeri tutub. Yağız Kaanla Türkiyədə qrossmeysterlərin sayı 16-ya yüksəlib.

Son xəbərlər