Daha bir beynəlxalq yarış Rusiyada keçirilməyəcək

Daha bir beynəlxalq yarış Rusiyada keçirilməyəcək
Siyasət 248

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə Ümumdünya Şahmat Olimpiadasının Rusiyada keçirilməyəcəyini açıqlayıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, FİDE Şurası 44-cü Şahmat Olimpiadasının, o cümlədən fiziki məhdudiyyətli oyunçular üçün yarışların, eləcə də FİDE Konqresinin Rusiyada keçirilməməsinə qərar verib.

"Biz olimpiadanın başqa təşkilatçısını tapmaq və FİDE-nin 2022-ci il Konqresinin keçirilmə yeri və tarixləri barədə vaxtında məlumat vermək üçün əlimizdən gələni edəcəyik”, - FİDE-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Xatırladaq ki, 2022-ci ildə Minskdə keçirilməli olan Ümumdünya Şahmat Olimpiadası 2020-ci ilin dekabrında Rusiyaya köçürülüb.

Son xəbərlər