Dünyanın ən xoşbəxt ölkəsi əcnəbi işçilər axtarır
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının dünyanın ən xoşbəxt ölkələri hesabatında ilk yeri tutan Finlandiya əhalisinin yaşlanması səbəbindən çox sayda əcnəbi işçiyə ehtiyac duyur.
Bu barədə “Haber Global” məlumat verir.
BMT-nin hesablamalarına görə, hazırda bu ölkə Yaponiyadan sonra dünyada əhalisi ən sürətlə yaşlanan ikinci ölkədir. Belə ki, Finlandiyada yaşlı insanların nisbət faizi 39.2-dir. Lakin 2030-cu ildə bu rəqəm 41.5%-ə çatacaq və əhalinin az qala yarısı ahıllardan ibarət olacaq.
Bunu nəzərə alaraq, ölkə hökuməti hər il əlavə 20-30 min əcnəbi işçiyə ehtiyacın olacağını bəyan edib.
Şirkətlərə təkcə subay deyil, həm də ailəli əmək miqrantları üçün daha cəlbedici şərtlərin hazırlanması, xüsusilə də işçilərin həyat yoldaşlarının məşğulluğu sahəsindəki çətinliklərin aradan qaldırılması yönündə lazımi addımların atılması tövsiyə olunub.
Oxşar xəbərlər
Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri...