Dünyanın ən sirli yeri - Bu şəhərdə tualetə getmək qadağandır - FOTO/VİDEO
Əhalisinin əksriyyətini tibetli ruhanilər təşkil edən Sertar şəhəri dünyanın ən maraqlı yerlərindən biridir. Çinin şərqində yerləşən bu şəhər qadağaları ilə diqqət çəkir.
BAKU.WS xəbər verir ki, əhalisinin 30 faizi keşiş və rahibələrin olduğu şəhərdə tualetə getmək də qadağandır.
Sertar şəhəri Çinin Siçuan bölgəsində yerləşir və Tibet Muxtar Vilayətinə tabedir. Bu şəhər öz tarixi ənənələri və qaydalarına sadiqdir.
Təpənin yamacında yerləşən vahid evlərdən ibarət olan şəhər görünüşü ilə turistləri valeh edir. Son məlumatlara görə, şəhərdə təxminən 60 min insan yaşayır.
Sertar şəhərində buddizm əsaslı təhsil alan 40 min keşiş və rahibə üçün çox sayda qadağalar mövcuddur. Təhsil almaq üçün buraya gələn gənclərə televiziya və oxşar texnoloji cihazlardan istifadə qəti qadağandır. Şəhərdəki tələbələr vaxtlarını tamamilə ibadət və duaya həsr edirlər.
Qalereya
Oxşar xəbərlər
Çinin müvəqqəti işlər vəkili koronavirusdan yazdı
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Li Cinsonq “Epidemiyadan sonra bahar gələcək” sərlövhəli məqalə hazırl...