Dünyanın ən gözəl qadını seçildi - FOTO

Dünyanın ən gözəl qadını seçildi - FOTO
Siyasət 582

"Nubia" jurnalı dünyanın ən gözəl qadınını müəyyən etmək üçün səsvermə keçirib.

BAKU.WS "Gazeta.ru"ya istinadla xəbər verir ki, səsvermədə 116 ölkədən bir milyondan çox insan iştirak edib.

Beş aylıq sorğuda respondentlərin çoxu cənubi koreyalı model, aktrisa və BLACKPINK qrupunun üzvü Kim Jisunun ən cazibədar qadın olduğunu bildiriblər.

Koreya qrupunun üzvünə 500 minə yaxın insan səs verib.

İkinci yerdə tayvanlı müğənni və "Twice" qrupunun solisti Çjou Tzuyu qərarlaşıb. İlk üçlüyü isə tailandlı müğənni, reper və rəqqasə Lalisa Manoban qapayıb.

Qeyd edək ki, bir müddət öncə jurnal 2022-ci ildə dünyanın ən yaraşıqlı kişisini də müəyyənləşdirib. Bu ada çinli aktyor Syao Çjan layiq görülüb.

Son xəbərlər