Dünyada koronavirusdan həlak olanların sayı 260 mini ötdü
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada koronavirus qurbanlarının sayı 261 097 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (72 767), Böyük Britaniya (28 650), İtaliya (30 076), İspaniya (25 857) və Fransada (25 531) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3,7 milyonu ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Dünyada koronavirusa yoluxanların sayı 3,6 milyonu keçdi
Dünyada koronavirus qurbanlarının sayı 250 047 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (69 008), İtaliya (29 079),...