Dünya Bankı da əməkdaşlarını Ukraynadan çıxarır

Dünya Bankı da əməkdaşlarını Ukraynadan çıxarır
Siyasət 57

Dünya Bankı (DB) Ukrayna və Rusiya arasındakı mümkün qarşıdurma fonunda Ukraynadakı əməkdaşlarını təxliyə edir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters”in əldə etdiyi DB-yə aid xidməti sənəddə qeyd olunub.

"Əməkdaşlarımızın və onların ailələrinin təhlükəsizliyini təmin etmək Dünya Bankı üçün əsas prioritetdir. Təxliyə siyasətimizə uyğun olaraq işçilərin müvəqqəti yerdəyişməsi və gücləndirilmiş təhlükəsizlik tədbirləri gerçəkləşdirilir", - sənəddə bildirilib.

Son xəbərlər