Dubayda yanğınlarla mübarizədə dronlardan istifadə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yanğın əleyhinə dronlardan istifadə olunacaq.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Dubay əmirliyinin hökuməti bununla bağlı qərar verib.
Yanğın əleyhinə dronların yanğınsöndürən briqadalar və texnikalar üçün çətinlik törədən məkanlarda, xüsusən göydələnlərdə və təhlükəli tezalışan materialların olduğu anbarlarda istifadəsi nəzərdə tutulur.
BƏƏ-nin Mülki Aviasiya Departamentinin məlumatında bildirilir ki, hazırda yanğınsöndürmə departamenti 180 ədəd bu cür aparatlarla təchiz edilib. Bundan başqa, kommersiya məqsədilə və hökumət strukturlarında istifadə olunan 870 dronu işlətmək üçün 20 min həvəskar pilot qeydiyyatdan keçib.
Dubay və Əbu-Dabidə pilotsuz uçan aparatlardan istifadə bu ilin yanvarında Yəməndəki husi qiyamçılarının sözügedən şəhərlərə PUA və raket hücumundan sonra daha da genişlənib. Dubay Media Ofisinin məlumatında qeyd olunub ki, BƏƏ hökuməti təhlükəsizliyi möhkəmlətmək məqsədilə ən müasir texnologiyaların tətbiqini prioritet məsələ kimi qarşıya qoyub. Son illər polis idarələrinin cinayətkarlığa qarşı fəaliyyətində süni intellektdən də geniş istifadə olunur.
Oxşar xəbərlər
BƏƏ-də yenidən Türkiyə serialları yayımlanmağa başladı
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin isinməsi fonunda Körfəz ölkəsində Türkiyə serialları yenidən ekranlara çıxıb. BAKU.WS “Repor...