Dua etməyə gəldikləri ərazidən 57 MİN DOLLAR TAPDILAR - VİDEO

Dua etməyə gəldikləri ərazidən 57 MİN DOLLAR TAPDILAR - VİDEO
Video
Siyasət 252

Türkiyədə güclü zəlzələnin baş verdiyi Onikişubat bölgəsindən 57 min 805 dollar (təxminən 98 min 268 AZN) tapılıb.

BAKU.WS xəbər verir ki, zəlzələ zamanı yerlə-yeksan olan Hilal Apartmanı binasında yaşayan Mahmut Samir Demir və üç uşağı həyatını itirib.

Təbii fəlakətdən 73 gün sonra onların yasına qatıla bilməyən dostları Mehmet Gün və Taha Hannan həmin dağıntı olan əraziyə gələrək onların ruhuna dua oxumağa başlayıblar.

Bundan sonra onlar xarabalıq ərazidə bir paket tapiblar. Paketdən 57 min 805 dollar (təxminən 98 min 268 AZN) çıxıb. Hər iki dindar tapdığı pulları polis şöbəsinə təhvil verib.

Son xəbərlər