DTX əməkdaşlarının maaşı artırıldı - SƏRƏNCAM

18
iyn
2019
20:37
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Avropa İttifaqı bəzi ölkələrlə vizasız rejimi dayandıra bilər
"Avropa İttifaqı sığınacaq üçün müraciət edən şəxslərin sayının artması ilə əlaqədar Qərbi Balkan və Latın Amerikası ölkələri ilə vizasız rejimi dayandıra bilər...
