DSX rəisinin müavini: "Azərbaycan-Ermənistan dövlət sərhədində 110 döyüş məntəqəmiz var"

16
avq
2022
11:22
“İşğaldan azad edilən ərazilərdə DSX tərəfindən geniş işlər görülüb. Azərbaycan-İran sərhədində 14 zastavanın fəaliyyəti bərpa olunub”.
“Report”un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində 110 döyüş məntəqəmiz var: “Hazırda orada xidmət davam edir. Ərazilərin minalardan təmizlənməsi üzrə də kifayət qədər işlər görülüb və görülür”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...