Dövlət Miqrasiya Xidmətində kadr problemi yaşanır? - SORĞUYA CAVAB

05
avq
2019
11:47
Dövlət Miqrasiya Xidməti 2019-cu ilin I yarımilində ölkəyə 1.400.000-dən çox əcnəbinin gəlişi qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.Bu barədə Dövlət Miqrasiya Xidməti BAKU.WS–in sorğusuna cavab olaraq bildirib.Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi prosesi Miqrasiya Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.Belə ki, müvafiq icazə əsasında azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə azı 3 ay qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.Daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə 2 ay müddətində baxılmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq qərar qəbul edilir.Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir.Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətinə əsasən, daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər.Uzadılmaların sayı məhdudlaşdırılmır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulubDövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülüb.Görülmüş işlərin nəticəsi olaraq, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ya vətəndaşlığa bərpa edilib.Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında qeydiyyata alınan vətəndaşlığı olmayan şəxslərin sayının dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunun artırılması, həmçinin ölkədə miqrasiya proseslərinin idarə edilməsinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır:Bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması üçün bununla bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilib.Dövlət Miqrasiya Xidmətindən Baku.ws bildirilib ki, bu gün Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafının təmin edilməsi, investisiya və turizm imkanlarının təşviq edilməsi sahəsində siyasəti nəzərə alınaraq, ölkəmizin milli təhlükəsizliyinə və milli maraqlarının qorunmasına xidmət edən dövlət miqrasiya siyasəti aparılır.Qanuni, yaxud qanunsuz əcnəbilərin sayında dəyişiklik müşahidə olunur:Dövlət Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, onlar tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı daxil olmuş müraciətləri qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırıb, müvafiq qərarlar qəbul edir.Qeyd olunan istiqamətdə Xidmət öz işini regionlarda 8 regional miqrasiya idarəsi vasitəsilə həyata keçirir. Ümumilikdə turizm mövsümü, o cümlədən hər bir regional miqrasiya idarəsinin əhatə etdiyi xidməti ərazi və infrastrukturu nəzərə alaraq, qanuni, yaxud qanunsuz əcnəbilərin sayında dəyişiklik müşahidə olunur.Dövlət Miqrasiya Xidmətinə işə qəbul dövlət qulluğu əsasında aparılır. Daha çox hansı sahə üzrə olan kadrlara ehtiyacınız var?Miqrasiya orqanlarında vakant ştat vahidləri olduqda, qulluğa qəbulla əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində elan verilir.Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir.Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Müsabiqə Dövlət İmtahan Mərkəzi tərəfindən miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test üsulu ilə keçirilir.Müsabiqəyə «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin tələblərinə cavab verən ali təhsilli şəxslər buraxılırlar.Qulluğa qəbul zamanı daha çox hüquqşünas, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, informasiya texnologiyaları sahəsində təhsili olan vətəndaşlara üstünlük verilir.Dövlət Miqrasiya Xidməti kadr potensialı təkminləşdirilirÖlkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının, o cümlədən miqrasiya orqanlarının əməkdaşlarının hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olmasını zəruri edir.Miqrasiya orqanları işçilərinin sayına mütənasib olaraq kadrlarla komplektləşdirilməsi məqsədilə ötən il təşkil edilmiş Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə və müsabiqədən uğurla keçmiş şəxslər qulluğa qəbul edilib.İşə yeni qəbul olunan əməkdaşlar peşə hazırlığının yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində təlimlərə cəlb olunub.Dövlət Miqrasiya Xidməti vətəndaşa xidmət edərək, qurumun üzərinə düşən vəzifələri icra edərkən daha çox hansı maneələrlə qarşılaşır?Vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunması məqsədilə bu istiqamətdə Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq iş aparılır.Belə ki, cari ilin mart ayında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbulu şöbəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.Hazırda, Xidmətin bütün regional miqrasiya idarələrinin eyni tələblər çərçivəsində fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.Qeyd edilməlidir ki, ötən dövr ərzində “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən, yüksək nəticəni Dövlət Miqrasiya Xidməti göstərib.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda edilmiş dəyişiklikDövlət Miqrasiya Xidmətinin ən son yenilikləri ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması və bir sıra prosedur müddətlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda edilmiş dəyişikliklərdir.Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən və sosial şəbəkələrin imkanlarından istifadə etməklə ətraflı məlumat əldə edə bilərsiniz.Gülşanə Mustafayeva
Oxşar xəbərlər
Vüsal Hüseynov: Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşaya...
