Vüsal Hüseynov: Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb

Vüsal Hüseynov: Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb
Sosial 599
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur”.BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, bu müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayında 34 faiz azalma var:“Qurum tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb. Hesabat dövründə “Çağrı mərkəzi”nə daxil olmuş zənglərin sayı isə 53.303 olub”.

Oxşar xəbərlər

Qaçqın statusu ilə yaşayanların sayı çoxalıb - RƏSMİ

Qaçqın statusu ilə yaşayanların sayı çoxalıb - RƏSMİ

"2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib".BAKU.WStrend-ə istinadən xəbər verir ki, bu haqda...

736 Sosial 11:40 11 yanvar 2019

Son xəbərlər