Dövlət Komitəsi "Azərbaycan diasporu" adlı saxta "Telegram" kanalının yaydığı məlumatı təkzib edib

Rusiyanın "Azərbaycan diasporu" adlı saxta "Telegram" kanalında "Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib" başlıqlı yazı dərc olunub.
BAKU.WS xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən məlumat verilib.
Bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyatı yoxdur.
Saxta "Telegram" kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır.
Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik.
Oxşar xəbərlər
Beynəlxalq ekspert: Rusiyada azərbaycanlılara qarşı zorakılıq Stalin repressiyalarını xatırladır
Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığı Sovet İttifaqı dövründə Stalin repressiyalarını xatırladır. BAKU.WS xəbər verir ki, bunu...
