Dövlət başçısı: "Kommunikasiya xətlərinin açılması regionda müsbət mühit formalaşdıracaq"

Dövlət başçısı: Kommunikasiya xətlərinin açılması regionda müsbət mühit formalaşdıracaq
Siyasət 46

“Regional nəqliyyat xətlərinin açılması bölgəmiz üçün çox vacibdir. Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasına çıxışla yanaşı, həmçinin Ermənistanın dəmir yolu xətləri ilə İranla birləşməsi üçün fürsətdir. Bu həm də Ermənistanın Azərbaycan üzərindən Rusiya ilə də əlaqəni yaradır”.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Bu gün Ermənistanda bu dəmir yolu xətləri yoxdur. Bu həqiqətən də regionda müsbət mühit formalaşdıracaq”, - dövlət başçısı əlavə edib.

Son xəbərlər