Dövlət başçısı: "Hanı o xəritələr? Hamısı məhv oldu"

Dövlət başçısı: Hanı o xəritələr? Hamısı məhv oldu
Siyasət 102

“Düşmən Kəlbəcərə yeni eybəcər bir ad verib. Onlar “Dağlıq Qarabağ Respublikası”nın xəritələrini düzəltmişdilər”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr sadəcə olaraq kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda ətrafda yerləşən bütün 7 rayonu da aid etmişlər “Dağlıq Qarabağ Respublikası”na. Bu xəritələri dərc edirdilər, dərsliklərə salmışdılar, sərgilərdə nümayiş etdirirdilər.

Bu xəritələri onlar elə təqdim edirdilər ki, guya budur “Dağlıq Qarabağ Respublikası”. İndi nə qalıb o xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır”, - Prezident əlavə edib.

Son xəbərlər