"Dördgünlük müharibə"də Azərbaycan Ermənistan ordusunu darmadağın etdi
Rusiyanın hərbi eksperti Aleksandr Xramçixin "Nezavisimoy qazetı" nəşrinə Azərbaycan və Ermənistan arasındakı "dördgünlük müharibə"ni ətraflı analiz edib.
BAKU.WS-in məlumatına görə, A.Xramçixin döyüşlərin gedişatında Azərbaycanın bir mənalı olaraq Ermənistan üzərində hərbi üstünlük əldə etdiyi vurğulayıb. Bundan başqa, ekspertin fikrincə, iki ölkənin hərbi gücü sadəcə müqayisəedilməzdir. Bu dəfə, birinci müharibədən fərqli olaraq Ermənistan Azərbaycanla hərbi döyüşdə böyük itki verdi.
1 aprel tarixinə kimi Azərbaycanın quru qoşunları 100 T-90 və 379 müxtəlif modifikasiyalı T-72 tankına malikdir. Bundan başqa, Azərbaycan 98 köhnə T-55 tankına malikdir. Ermənistan ordusunda isə 137 T-72 tankı, 8 T-55 tankı var. Ekspert qeyd edir ki, Azərbaycan hərbi texnika sayına görə Ermənistan qarşısında əzici üstünlüyə malikdir.
Azərbaycan artilleriya texnikasına görə də Ermənistan ordusunu xeyli qabaqlayır. 150-dən çox özüyeriryən texnika, 600-dən çox minaatan və çox sayda İsrail və Rusiya istehsalı texnikalar Azərbaycanın daha güclü olduğuna əsas verir.
Ekspertin fikrincə, Azərbaycan reaktiv artilleriyanın inkişafına daha böyük diqqət ayırır. Ekspert hesab edir ki, quruda praktik olaraq texnika gücünə görə Azərbaycan əhəmiyyətli gücə malikdir. Ekspert bildirir ki, Qarabağ döyüşlərində Ermənistan ümumi tanklarının 10%-ni itirib. Azərbaycan "Harop" vasitəsi ilə ermənilərin sığınacaqlarını və erməni tanklarını məhv edib. Ümumiyyətlə, bir neçə erməni generalının müharibəsinin nəticəsinə görə çıxarlması təsdiq edir ki, Yerevanda bu nəticələrdən çox razı deyillər.
Ekspert hesab edir ki, Azərbaycan son döyüşdə böyük uğur qazanıb. A.Xramçixin qeyd edib ki, Azərbacan hərbi potensialı hesabına gələcəkdə ermənilərə ciddi problemlər yaradacaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Sarkisyan aprel döyüşlərindəki itkilər haqqında: "800 hektar ərazi itirmişik"
Ermənistan prezidenti Serj Sarkisyan apreldə "dördgünlük müharibə"nin gedişatında əldən verdikləri itkiləri açıqlayıb. BAKU.WS-in məlumatına görə, prezident b...