NTV kanalının əməkdaşları Qorlovkada ağır yaralanıb

NTV kanalının əməkdaşları Qorlovkada ağır yaralanıb
Siyasət 30

Donetskdə yerləşən Qorlovka şəhərində NTV telekanalının 3 əməkdaşı peşə vəzifələrini yerinə yetirərkən xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bu barədə yerli mer İvan Prixodkonun teleqram kanalında məlumat verilib.

Bəyanatda qeyd edilir ki, jurnalistlər Qorlovkanın Nikitovski rayonunun Qolmovski kəndində işləyirdilər. Ərazi rəhbərinin sözlərinə görə, telekanalın əməkdaşı Aleksey İvleyev və onun iki həmkarı ağır yaralanıb.

“Zərərçəkənlər Qorlovka xəstəxanasına çatdırılıb”, – deyə nəşr yazıb.

Son xəbərlər