Türkiyədə saxlanılan rusiyalı jurnalistlər sərbəst buraxılıb

Rusiyanın NTV kanalının Türkiyədə saxlanılan əməkdaşları sərbəst buraxılıblar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalistlərin sərbəst buraxılması məsələsinin diplomatik kanallarla həll edildiyini bildirib.
“Məsələ diplomatik kanallarla həll olunub” deyə Kremlin sözçüsü Rusiya prezidentinin jurnalistlərin sərbəst buraxılması məsələsinə yardım edib-etməməsi ilə bağlı suala cavabında bildirib.
Qeyd edək ki, Rusiyanın NTV kanalında yayımlanan “Mərkəzi Televiziya” verilişinin əməkdaşları Aleksey Petruşko və İvan Malışkin bir neçə gün əvvəl Türkiyədə saxlanılıblar.
Onların icazə olmadan pilotsuz uçuş aparatları istehsal olunan zavodun görüntülərini çəkdiyi ehtimal olunur.
Oxşar xəbərlər
NTV-nin jurnalistləri Türkiyədə "Bayraktar"a görə saxlanılıblar - MARAQLI FAKTLAR
Türkiyənin İstanbul şəhərində saxlanılan Rusiyanın NTV telekanalının jurnalistlərinin işi məhkəməyə göndərilib. BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi...
