Donbasda çeçen xüsusi təyinatlıların qərargahı vuruldu
Donbasda Ukrayna Silahlı Qüvvələri dünən düşmən texnikasının böyük bir hissəsini və kadırovçuların qərargahını atəşə tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Serhiy Qayday "UA Razom" telemarafonunun efirində danışıb.
Onun sözlərinə görə, şərq bölgələrində ukraynalı döyüşçülər düşmənə layiqli cavab verir və mükəmməl şəkildə cavab atəşi açır:
"Hazırda Rusiya ordusunun Ukraynanın şərq vilayətlərinə texnikalarını aparması açıq şəkildə görünür. Yerdəyişmə davam edir, ruslar dinc yaşayış məntəqələrini daha fəal şəkildə atəşə tutur. Donbasda aviasiya, artilleriya və minaatanlar fəaliyyət göstərir, ağır kalibrlərdən istifadə olunur".
Oxşar xəbərlər
Britaniya kəşfiyyatı: “Mariupolun mərkəzi Ukraynanın nəzarəti altındadır”
“Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və rus...