Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb

Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
Foto
Siyasət 215

ABŞ Prezidenti Donald Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin fəaliyyətinin dayandırılması haqqında memorandum imzalayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, sənəd ABŞ Federal Hökumətinin rəsmi jurnalı olan Federal Reyestrdə dərc olunub və burada federal qurumlar və prezident tərəfindən qəbul edilmiş qaydalar, bildirişlər və digər sənədlər yer alıb.

"Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxrac Maliyyələşdirilməsi və Əlaqəli Proqramlar Aktının II bölməsi (107-115 saylı Qanun) tərəfindən mənə verilən səlahiyyətlər əsasında, bununla Azərbaycana qarşı Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin (102-511 saylı Qanun) dayandırılmasının

- Birləşmiş Ştatların beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün zəruri olduğunu;

- Birləşmiş Ştatların Silahlı Qüvvələrinin və ya beynəlxalq terrorizmə qarşı mübarizədə koalisiya tərəfdaşlarının döyüş hazırlığını dəstəkləmək üçün zəruri olduğunu;

- Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduğunu;

- Ermənistan və Azərbaycan arasında sülh nizamlanması üzrə danışıqlar üçün cari səylərə xələl gətirməyəcəyini və ya mane olmayacağını və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcəyini müəyyən edir və təsdiq edirəm.

Müvafiq olaraq, bu qərarla mən Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin müddəalarının tətbiqindən imtinanı uzadıram", - sənədin mətnində deyilir.

Tramp ABŞ-ın dövlət katibi Marko Rubioya bu qərarı Federal Reyestrdə dərc etməyi və bu qərarı və izahedici qeydi Konqresin müvafiq komitələrinə göndərməyi tapşırıb.

Qeyd edək ki, Tramp 907-ci düzəlişin dayandırılması haqqında fərmanı 8 avqust 2025-ci ildə imzalayıb.

Son xəbərlər