"Disney" cinsi ayrı-seçkilikdə ittiham olunur
Yeniliklərdən dərhal xəbərdar olun
"Walt Disney" şirkəti 2015-ci ildən bəri Kaliforniyadakı qadın əməkdaşlarının məvaciblərini sistematik olaraq az verməkdə günahlandırılır.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian"ın məlumatında bildirilib.
Bu səbəbdən işçilər təxminən 151,6 milyon dollar itiriblər. Şirkətə qarşı məhkəmədə iddia qaldırılıb.
İddiaçılar studiyanın keçmiş və indiki işçiləridir.
Məsələ ilə bağlı tədqiqatı iqtisadçısı David Nyumark aparıb. Məlum olub ki, studiya oxşar işlərə görə qadınlara kişilərdən orta hesabla 2% az maaş verir.
Bu da dövlətin bərabər əmək haqqı qanununu pozur.
Oxşar xəbərlər
Müəllimlərə ən çox maaş verən ölkələr - Təəccübləndirici RƏQƏMLƏR
Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmirlər. Müəllim...