Diplomatik mənbə Monteneqrodakı azərbaycanlının vəziyyəti haqqında: O azadlıqdadır və məhkəmədə müdafiə olunacaq
Monteneqronun Podqoritsa şəhərində baş vermiş hadisə ilə əlaqədar əvvəllər saxlanılan Azərbaycan vətəndaşı azadlığa buraxılıb.
BAKU.WS xəbər verir ki, bu məlumatı report-a diplomatik mənbə təsdiqləyib.
"O azadlıqdadır və məhkəmədə müdafiə olunacaq", - mənbə bildirib.
Hadisə ilə bağlı məhkəmə iclasının tarixi hələ təyin edilməyib.
Bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub. Bundan sonra bir neçə nəfər polis tərəfindən saxlanılmışdı.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən isə bildirilmişdi ki, bununla bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır.
Oxşar xəbərlər
Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hərbi hissələrdə şəxsi heyətlə görüşüb, xidməti-döyüş fəal...