Dindarlardan Dağlıq Qarabağ bəyanatı
13
apr
2016
16:14
Aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş təxribatla bağlı QMİ sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri İcmasının rəhbəri Melix Yevdayev və Azərbaycan Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç adından dünya ictimaiyyətinə müraciət qəbul edilib. APA-nın məlumatına görə, müraciətdə qeyd edilir ki, dünyanı məhvərindən çıxmağa qoymayan ümumi mənəvi dəyərlərə istinad edən din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış edirlər: "Son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatlara əl atması Ermənistanın işğalçı niyyətini bir daha sübut edib. Müharibənin sülh yolu ilə həll olunmasını istəyən, günahsız qurbanların sayının artmasını istəməyən Azərbaycan tərəfi əvvəlcə birtərəfli qaydada atəşkəs elan edib. Hazırda ümumi atəşkəs haqda razılaşma əldə olunsa da, qarşı tərəfdən mütəmadi şəkildə pozulmaqdadır". Müraciətdə bildirilir ki, dünya, o cümlədən ermənilərin özləri Dağlqı Qarabağın Azərbaycan torpaqları olduğunu bilir: "Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır. Dağlıq Qarabağ Respublikası adlı qondarma qurum heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən qəbul edilmir. Nəticə etibarı ilə işğal altında olan ərazilər nəzarətsiz, istənilən qanunsuz əməllər üçün əlverişli məkandır. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş dəyərli həmvətənlilərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin başsağlıqlarımızı bildirir, Allahdan rəhmət, yaralıların tezliklə şəfa tapmalarını diləyirik”. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan ordusu üç günlük müharibədə necə qalib gəldi?
Fransa mətbuatında təmas xəttində ermənilərin son təxribatlardan bəhs edən məqalə dərc olunub. BAKU.WS ANSPRESS-ə istinadən məlumat verir ki, Fransanın "www.lo...