Dinc çeçenləri güllələməkdə ittiham olunan Rusiya xüsusi təyinatlısı Ukraynada öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
2007-ci ildə Çeçenistanda dinc sakinləri güllələməkdə təqsirləndirilən Rusiyanın xüsusi təyinatlı dəstəsinin kapitanı Eduard Ulman Ukraynadakı müharibə zamanı öldürülüb.
Bu barədə "Nastoyaşie Vremya" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, 2002-ci ildə Ulmanın başçılığı altında rus əsgərləri Çeçenistanda kənd yolunda 6 mülki vətəndaşı güllələyiblər. Onların arasında hamilə Zaynap Cavatxanova, onun qardaşı oğlu Maqomed Musayev, 68 yaşlı kənd məktəbinin direktoru Səid-Maqomed Ələsxanov, baş müəllim Abdul-Vahab Satabayev, meşəbəyi Şahban Baxayev və sürücü Həmzət Tuburov olub.
Eduard Ulmanın hansı şəraitdə ölməsi barədə təfərrüatlar məlum deyil.
Oxşar xəbərlər
Bruney şahzadəsinin 10 gün 10 gecə davam edəcək toyu - FOTO
Bruneydə Sultan Hassanal Bolkiahın oğlu 32 yaşlı şahzadə Abdul Matinin və onun 29 yaşlı həyat yoldaşı Anişa İsa Kalebiçin toy mərasimi baş tutub. BAKU.WS xarici...