DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı Fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün, 2 iyul - Azərbaycan Polisi Günü elan edilib.
Azərbaycan Polisinin yaranmasının 107-ciildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. pic.twitter.com/RF6gcQ5tl9
— Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (@polisazerbaycan) July 2, 2025
Oxşar xəbərlər
Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev martın 25-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. BAKU.WS x...