Dilan Polatın ərinin gözəllik mərkəzinə silahlı hücum - FOTO
Ötən gecə Türkiyənin Ataşehir vilayətində naməlum şəxs və ya şəxslər sosial media fenomeni Dilan Polatın əri, iş adamı Engin Polata məxsus gözəllik mərkəzinə atəş açıb.
BAKU.WS sondakika.com-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan olmasa da, iş yerində maddi ziyan dəyib.
İddiaya görə, saat 18.30 radələrində naməlum şəxs və ya şəxslər Engin Polatın gözəllik mərkəzinə silahlı basqın edib.
Mərkəzin pəncərələrinə çoxlu sayda güllə dəyib. Hücumu həyata keçirən şəxslərin iki nəfər olduğu və onların motosikletlə gələrək məkana atəş açdıqları iddia edilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, hadisədən 1 gün öncə Dilan Polata məxsus gözəllik mərkəzi gecə saat 04:00 radələrində şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalaraq müəssisəyə maddi ziyan vurulmuşdu.
Qalereya
Oxşar xəbərlər
Qəza yerində Priqojinin cəsədi müəyyən edildi: Əsas versiya üzə çıxdı - YENİLƏNİB + VİDEO
Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərin...