Deputatdan təklif: Sosial şəbəkəyə giriş pasportla olsun
Millət vəkili Vitali Milyonov Dövlət Dumasına sosial şəbəkələrin tənzimlənməsi haqqında qanun layihəsi təqdim edib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, social şəbəkədə qeydiyyatdan keçərkən istifadəçinin pasport məlumatlarının dəqiqləşdirilməsi vacib hesab olunur.
Eyni zamanda qanun layihəsi bir istifadəçinin social şəbəkədə bir neçə səhifə yaratmasını, 14 yaşı tamam olmayan şəxslərin social şəbəkədə qeydiyyatını qadağan edir. Bundan başqa müəllif iş saatlarında social şəbəkəyə girişin məhdudlaçdırılmasını təklif edir.
Xatırladaq ki, bir neçə həftə öncə Azərbaycanda da analoji təklif səsləndirilib. Millət vəkili Siyavuş Novruzov social şəbəkədə qeydiyyatın şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilməsi ilə bağlı məsələ qaldırsa da, ictimaiyyət tərəfindən ciddi qarşılanmadı.
BAKU.WSOxşar xəbərlər
Facebook-da şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunsun! - Parlamentdə məsələ qaldırıldı
""İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun qəbul olunması önəmli məsələdir. Yəni, informasiya təhlükəsizliyi vacib məsələ...