Deputat: "Meşə qardaşları" terror qruplaşmasının əsas məqsədi dövlətə qarşı inamsızlıq yaratmaq olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Meşə qardaşları" terror qruplaşmasının əsas məqsədi dövlətə qarşı inamsızlıq yaratmaq olub
"Report" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Dövlət Televiziyasının efirində yayımlanan "Hədəf" proqramında çıxışı zamanı deyib.
Son zamanlar radikal dini qurumlar vasitəsilə terror təhdidləri həyata keçirilir deyən deputat bildirib ki, terrorçuların əsas fəaliyyətləri separatizmi, irqi, dini ayrı-seçkiliyi yaratmaq və dövlətə qarşı inamsızlığın formalaşmasına nail olmaqdır.
A.Nağıyevin sözlərinə görə, Qusarda "Meşə qardaşları" adlı terror qruplaşmasının əsas məqsədi də məhz dövlətə qarşı inamsızlıq yaratmaq olub: "Azərbaycan təhlükəsizlik orqanları onlara qarşı çox unikal əməliyyat keçirib".
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...