Deputat: "Bizim Nazirlər Kabineti kişilər klubudur"
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu dəyişikliklərin heç də bütün vətəndaşların yaxşılığına olduğunu deyə bilmərəm”.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, qanunun 8-ci maddəsində çoxuşaqlı anaların pensiyaya çıxmasının qarşısı alınır: “Bundan nazirlik nə qədər vəsaitə qənaət edəcək? Bunu bilmək istəyirəm. Əvvəlki qanunun 8-ci maddəsinə görə, 6 uşağı olan anaların pensiya yaşı 6 il, 10 uşağı olanların 10 il azaldılırdı. İndi hamısının pensiya yaşı 5 il azalacaq. Bizdə, ümumiyyətlə, qadınların pensiya yaşı azaldılmalıdır. Bununla qadınlar, qızlar üçün iş yerləri açıla bilər. Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır. Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35%-dən az olmasın”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...