Dəhşətli ailə faciəsi - Ata, ana və qızları təyyarə qəzasında öldü - FOTO
ABŞ-nin tanınmış musiqi qrupu "The Nelons"un üzvləri təyyarə qəzasında dünyasını dəyişib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Wyoming əyalətində yaşanan bədbəxt hadisə nəticəsində ümumilikdə 7 nəfər həyatını itirib. "MedyaRadar"ın yaydığı məlumata əsasən, ölənlərdən üçü "The Nelons"un üzvü olub.
Qrup üzvləri eyni ailədən olublar.
Belə ki, onlar Ceyson ilə Kelli Nelon Klark cütlüyü ilə qızları Ember Nelon Kistlerdir.
Bu barədə onların yaxınları məlumat verib. Yerli media təyyarə qəzasının daha sonra meşə yanğınına səbəb olduğunu bildirib.
İlkin məlumatlara görə təyyarə "avtopilot problemi" səbəbindən qəzaya uğrayıb. "The Nelons" 1970-ci ildə yaradılıb.
Qrup dünyanının ən prestijli musiqi mükafatı olan "Grammy"yə namizəd göstərilib.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə bələdiyyə seçkilər başlayıb
Türkiyədə yerli seçkilər başlayıb. Bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı,...