Daşaltı kəndinə ekoturizm marşrutları yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Turizm Agentliyi Şuşa rayonunun Daşaltı kəndinə ekoturizm marşrutları yaratmağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə Report-a qurumun sədr müavini Azadə Hüseynova məlumat verib.
“Daşaltı kəndinə müxtəlif piyada yollarının təşkil edilməsi, eləcə də bu ərazini Şuşa şəhəri ilə birləşdirən piyada yolun tədqiq edilməsi və öyrənilməsi nəzərdə tutulur. Daşaltının ekoturizm imkanları genişdir. Konseptual olaraq bu məsələni işləmişik, reallaşması isə tam olaraq bizdən asılı deyil, çünki təhlükəsizlik baxımından digər qurumlarla razılaşdırılmalıdır. Növbəti illərdə çalışacağıq ki, bu istiqamətdə real işlər görülsün”, - deyə o qeyd edib.
A.Hüseynovanın sözlərinə görə, hazırda vacib məsələlərdən biri Şuşanın mədəni turizm məkanı kimi təbliğ edilməsidir:
“Şuşa zəngin mədəni irsi ilə Azərbaycanın mədəniyyət paytaxtıdır. Hazırda turizm nöqteyi-nəzərdən planlardan birincisi Şuşanın mədəni məkanı kimi inkişaf etdirilməsidir. Artıq müxtəlif qurumlar birgə Şuşaya turlar təşkil edir”.
Xatırladaq ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bir qədər əvvəl bəyan edib ki, şəhərin girişində - Daşaltı kəndində turizm mərkəzləri tikiləcək və bu, Şuşanın turizm potensialını daha da artıracaq.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...