"Darıxdım, canım istədi deyə yandırdım” - Meşəni yandıran şəxs
Yeniliklərdən dərhal xəbərdar olun
"Darıxdım, canım istədi deyə meşəni yandırdım".
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Bursa şəhərində meşə yanğınına səbəb olan şəxs deyib.
Belə ki, Türkiyənin Bursa şəhərinin Osmanqazi bölgəsində meşə sahəsində yanğın baş verib.
Küləyin təsiri ilə qısa müddətdə böyüyən yanğını görən məhəllə sakinləri yanğınsöndürənlərə məlumat veriblər. Ekipajlar yanğını nəzarət altına almaq üçün çox çalışıblar. Təxminən 3 saatlıq işdən sonra alov nəzarət altına alınıb. Ətrafdakıların ifadələrinə görə, alov artmağa başlayanda bir nəfərin meşədən çıxdığı jandarma qruplarına xəbər verilib.
Ərazidə araşdırma aparan qruplar şübhəli 35 yaşlı Ali Öneri ərazidən qaçmağa çalışarkən yaxalayıb. Nəzarətə alınan Ali Önerin daha əvvəl də öz evini yandırmağa cəhd etdiyi məlum olub. Jandarma tərəfindən saxlanılan və narkotik aludəçisi olduğu bildirilən Ali Öner ifadəsində, "Darıxdım, canım istədi deyə meşəni yandırdım", - sözlərini işlədib.
Ali Öner "meşələri qəsdən yandırmaq" və "ümumi təhlükəsizliyə qəsdən təhlükə yaratmaq" cinayətlərinə görə ədliyyəyə göndərilib. O, gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Oxşar xəbərlər
Avropa yarım era əvvəlki hadisələri yaşayır?
Bu il Avropada artıq 660 min hektar meşə yanıb. BAKU.WS APA-ya istinadən verdiyi xəbərə görə, bu, 2006-cı ildən sonra meşə yanğınları ilə bağlı qeydə alınan rek...