Daha bir şəhidimizin övladı dünyaya gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Mahmudov Elçin Cəmil oğlunun ölümündən 101 gün sonra oğlu dünyaya gəlib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ikinci oğul övladının adı sağ ikən arzuladığı Ümid olub.
Ağdam Mərkəzi Rayon Xəstəxanasında dünyaya gələn körpəni rayon rəsmiləri, sakinləri və xəstəxananın həkim və tibb işçiləri alqışlarla evinə yola salıb.
Qeyd edək ki, Elçin Cəmil oğlu Mahmudov 1998-ci il iyunun 7-də dünyaya gəlib. Ağdam rayon Kəngərli kənd sakini olan şəhidimizin valideynləri o körpə olduğu vaxt ayrılıb.
Ayrılan valideynlərindən atası 2015-ci ildə, anası isə 2017-ci ildə həyatdan köçüb. Hər iki valideynini itirən Elçin hərbi xidmətini başa vurduqdan sonra öz dayısı qızı ilə ailə qurub. Bir oğlu dünyaya gəldikdən sonra yenidən müddətdən artıq hərbi xidmətə başlayıb. Piyadaların döyüş maşınında (PDM) atıcı olan Elçin Mahmudov Vətən müharibəsi başlayanda Füzuli istiqamətində döyüşlərə qoşulub.
Sentyabrın 30-da isə ailəsinə şəhid xəbəri çatıb.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...