Daha bir şəhid oğluna atasının adı qoyuldu - VİDEO
08
yan
2021
16:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi şəhidi, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanovun ilk övladı dünyaya gəlib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Qurbanov döyüşə gedərkən yoldaşı hamilə olub.
Bir neçə gün əvvəl isə Bakıda klinikaların birində şəhidin oğlu dünyaya gəlib. Körpəyə atası Ruslanın adı qoyulub.
Ailəsi onu Biləsuvar rayonunun Ağalıkənd kəndinə aparıb.
Ruslan Qurbanov ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad edilməsi uğrunda” medalı ilə təltif edilib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...