Daha bir şəhid hərbçimizin nəşi tapıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə şəhidin qardaşı məlumat verib. Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.
Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsinin şəhidi dəfn olunub - FOTO
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Məmmədağa İqab oğlu İmanov dəfn edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, mərhum Neftçala ş...