Daha bir ölkə Tehrandakı səfirliyimizə qarşı silahlı hücumu pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Paraqvay hökuməti Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücumu pisləyir.
BAKU.WS xəbər verir ki, bu barədə Paraqvayın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Paraqvay hökuməti Azərbaycanın Tehrandakı Səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin qəbuledilməz olduğunu bildirir, qurbanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasına ümid edir və faktların operativ şəkildə aydınlaşdırılmasını tələb edir", - bəyanatda qeyd olunur.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
Terror aktı ilə əlaqədar Azərbaycanın Tehrandakı Səfirliyi fəliyyətini tamamilə dayandırıb, diplomatik korpusun əməkdaşları və onların ailə üzvləri Bakıya təxliyə edilib.
Oxşar xəbərlər
XİN: "Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb"
Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. "29...