XİN: "Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - XİN-in tvitterdəki paylaşımında bildirilir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
29 yanvar 2023-cü il tarixində #Azərbaycan-ın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyyəsi başa çatıb.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 29, 2023
Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!🇦🇿 pic.twitter.com/vXjBp6hw4T
Oxşar xəbərlər
Daha bir ölkə Tehrandakı səfirliyimizə qarşı silahlı hücumu pisləyib
Paraqvay hökuməti Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücumu pisləyir. BAKU.WS xəbər verir ki, bu barədə Paraqvayın Xarici İşlər Nazirliyi məlumat yayıb...