Daha bir ölkə səfirliyi Kiyevdə fəaliyyətini bərpa etdi

Daha bir ölkə səfirliyi Kiyevdə fəaliyyətini bərpa etdi
Siyasət 81

İtaliyanın xarici işlər naziri Luici Di Mayo ölkənin Ukraynadakı səfiri Françesko Zazonun Kiyevə qayıtdığını və səfirliyin işini bərpa etdiyini bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə nazir "Radio 1" radiostansiyasının efirində bildirib.

Bundan əvvəl İtaliya səfirliyinin əməkdaşları ixtisar edilib, diplomatların ailələri vətənlərinə qayıdıb, lakin səfir Ukraynanı tərk etməyib və səfirlik müvəqqəti olaraq Lvova köçürülüb.

Son xəbərlər