Daha bir erməni hərbçi fərarilik etdi

22
may
2021
18:49
Ermənistan silahlı qüvvələrinin hərbçisi Vardenisdəki hərbi hissəni özbaşına tərk edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçinin itkin düşməsi ilə bağlı bəyanat 18 may axşamı hərbi polisə daxil olub.
Sıravi N.Mkrtçyanın həmin gün bölmənin təhlükəsizlik zonasını icazəsiz tərk etdiyi ortaya çıxıb. Hərbi polis bu hadisə ilə bağlı materiallar toplayır.
Xatırladaq ki, Ermənistanda ordudan yayınma hallarına tez-tez rast gəlinir.
Oxşar xəbərlər
Türkiyəni yasa boğan faciələrin baş vermə səbəbi məlum oldu
Ötən gün Türkiyə Silahlı Qüvvələri ardıcıl faciə xəbərlərinə qərq oldu. BAKU.WS xəbər verir ki, qardaş ölkədə eyni gündə bir hərbi helikopter və bir hərbi avtom...
