İran təlimdə səhvən öz gəmisini vurdu: 19 hərbçi həlak olub - YENİLƏNİB
İran Hərbi Dəniz Qüvvələrinin 19 hərbçisi həlak olub, 15 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.
***09:47
İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı təlimdə iştirak edən digər hərbi gəmini səhvən vurub.
BAKU.WS xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.
İran ordusunun “Konarak” köməkçi gəmisi Oman körfəzində raket zərbəsinə məruz qalıb.
Hadisə zamanı bir hərbçinin həlak olduğu, bir neçəsinin isə yaralandığı məlum olub.
Qeyd edək ki, “Jamaran” adlı freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasına daxildir.
Qalereya
Oxşar xəbərlər
ABŞ-ın İraqdakı bazasına raket atıldı: 3 hərbçi öldü - VİDEO
Birləşmiş Ştatların İraqdakı hərbi bazası raket hücumuna məruz qalıb. BAKU.WS xəbər verir ki, ABŞ-a məxsus “Kemp-Tac” hərbi bazasına 15 raket atılıb. Rəsmi açıq...