Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanı pandemiyaya görə tərk edə bilməyən 150-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, vətəndaşlarla yanaşı təxminən 100 nəfər soydaşımız da Azərbaycana çatdırılacaq.
Onların arasında 8 Rusiya və 1 Türkiyə vətəndaşı da var.
Təxliyə olunan şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Hazırda onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı veriləndən sonra təxliyə olunanlar səfirliyin təşkilatçılığı ilə saat 10:00-da 4 avtobusla "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...