Dağıstan yığmasnın keçmiş baş məşqçisi dövlətə xəyanətdə ittiham olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müstəntiqlər kikboksinq üzrə Dağıstan yığmasının keçmiş baş məşqçisi Əhməd Əhmədova qarşı Ukrayna tərəfində xüsusi hərbi əməliyyatda iştirak etdiyinə görə cinayət işi açıb.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Əhmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Məlumata görə, o, 2017-ci ildən K-1 peşəkar kikboksinq federasiyasının prezidenti təyin olunduğu Ukraynada yaşayır. Lakin həmin şəxsin hələ də Rusiya pasportu var. Ailəsi də Rusiyada qalmaqda davam edir.
Əhmədov “Hort” batalyonunun tərkibində Ukrayna Silahlı Qüvvələrinin terrorçulardan müdafiəsində iştirak edib. Daha sonra təqsirləndirilən şəxs Baxmutun müdafiəsində iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Malyar: "Ukrayna ordusu Baxmutu mühasirəyə alıb" - YENİLƏNİB
"Ukrayna ordusu Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır". "Report" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini A...