D-8-in Baş katibi: Azərbaycanın təcrübələrindən yararlanmaq bizim üçün çox önəmlidir
Yeniliklərdən dərhal xəbərdar olun
D-8 Gənclər Dialoqunun fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycanın təcrübələrindən yararlanmaq çox önəmlidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam D-8 Gənclər Dialoqunun açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, D-8 Gənclər Dialoqunun fəaliyyət istiqamətlərinə ticarət, nəqliyyat daşınması, təhsil və sağlamlıq, eləcə də iqlim məsələləri daxildir:
"Azərbaycanın bizimlə əməkdaşlıq etməsindən çox məmnunuq. Çünki bu ölkənin sözügedən sahələrdə yetərincə təcrübələri var. Həmçinin, Azərbaycanın COP29 təcrübəsi də bizim üçün olduqca vacibdir. Əhalimizin 20 faizini gənclər təşkil edir. Onların bu təcrübələrdən yararlanması mümkündür".
Oxşar xəbərlər
XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəz...