"Crocus"da terakt törətməkdə ittiham olunan 4 şəxslə bağlı QƏRAR verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalına gələn qonaqlara hücum etməkdə ittiham olunan 4 nəfərin həbs müddətini avqustun 22-dək uzadıb.
BAKU.WS bu barədə TASS-a istinadən xəbər verir.
Məhkəmə təqsirləndirilən şəxslər Dalerjon Mirzoev, Saidakram Raçabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzovun barəsində istintaqın aparılması üçün vəsatətləri qəbul edib.
Xatırladaq ki, bu il martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıblar. Binada yanğın baş verib. 144 nəfər terror aktının qurbanı olub. Terror aktı ilə bağlı ümumilikdə 9 nəfər həbs edilib. Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
“Crocus” işi üzrə təqsirləndirilən şəxslə bağlı YENİ DETALLAR
"Crocus City Hall"da baş verən terror aktının iştirakçısı Cumoxon Kurbonov və onun qardaşı Suxrob Moskvada tikintidə işləyiblər. BAKU.WS-in xəbərinə görə, bu b...