3 saylı “ASAN xidmət”ə direktor təyin olundu - FOTO

3 saylı “ASAN xidmət”ə direktor təyin olundu - FOTO
Siyasət 7233
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə yeni direktor təyin olunub.BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı "ASAN xidmət" mərkəzinin direktoru təyin edilib. O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru vəzifəsini icra edib. Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Seymur Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub.

Oxşar xəbərlər

"ASAN Xidmət"ə yeni təyin olunan sədr müavininin TƏRCÜMEYİ-HALI

"ASAN Xidmət"ə yeni təyin olunan sədr müavininin TƏRCÜMEYİ-HALI

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini vəzifəsinə təyi...

1879 Sosial 16:28 19 mart 2019

Son xəbərlər